REGİONLAR


Balakənli kümçülər ipəkqurdunun ikinci bəslənməsindən 1066,3 kiloqram yaş barama əldə ediblər

Balakən, 22 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Balakənli kümçülər bu il ilk dəfə olaraq sınaq məqsədilə təkrar bəslədikləri tut ipəkqurdundan 1066,3 kiloqram yaş barama əldə ediblər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib.

Sektor müdiri bildirib ki, bu il respublikamızın əsas baramaçılıq rayonlarında, o cümlədən Balakəndə sınaq üçün ilk dəfə tut ipəkqurdunun ikinci bəslənməsi həyata keçirilib. Bu məqsədlə Balakən rayonu üzrə 32 kümçüyə Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya olunmuş 80 qutu və ya 1520 qram ipəkqurdu paylanılıb. Kümçülərdən tədarük edilən yaş barama “Azəripək” MMC-yə təhvil verilib.

Baramaçılıq rayonlarında tut ipəkqurdunun ikinci bəslənməsinin həyata keçirilməsində əsas məqsəd ölkədə yaş barama istehsalının artırılması üçün əlavə ehtiyat mənbələri yaratmaqdır.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.