REGİONLAR


Balakənli kümçülərə 885 qutu ipəkqurdu paylanılacaq

Balakən, 3 may, Mustafa Dadaşov, AZƏRTAC

Cari mövsümdə Balakən rayonunda yaş barama istehsalının 35,4 tona çatdırılması qarşıya hədəf qoyulub. Barama yetişdirilməsi üçün kümçülərə Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya olunmuş 885 qutu ipəkqurdunun paylanılması nəzərdə tutulur. Mayın 3-də rayonun kümçülərinə ipəkqurdularının paylanılması prosesinə başlanılıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon İcra Hakimiyyəti aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Turan Dibirov məlumat verib.

Qurum rəsmisi bildirib ki, ilk olaraq rayon sakini, Birinci Qarabağ müharibəsinin iştirakçısı Vaqif Hümbətov məntəqədən 5 qutu ipəkqurdu götürüb. Kümçü cari mövsümdə 100 qram ipəkqurdunun yemlənməsi ilə məşğul olacaq. O, bu il 400-450 kiloqram yaş barama istehsal etməyi qarşıya məqsəd qoyub.

Kümçülərə ipəkqurdularının paylanılması prosesi iki gün ərzində başa çatdırılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.