REGİONLAR
Balakənli məktəbli: Lənkərandakı “Xan evi” möhtəşəm tarixi abidədir
Lənkəran, 20 noyabr, Bağır Əliyev, AZƏRTAC
İki gündür Lənkərandayıq. Rayonun əsrarəngiz təbiəti, tarixi abidələri, yeni tikililər bizi valeh etdi.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində cənub bölgəsinə səyahət edən Balakən şəhərindəki 2 nömrəli tam orta məktəbin X sinif şagirdi Bəhram Səfərli söyləyib.
B.Səfərli daha sonra deyib: “Lənkəranla tanışlıq zamanı ən çox diqqətimi çəkən şəhərdəki “Xan evi” oldu. Avropa və şərq üslubunda inşa edilmiş bu bina özünəməxsus dizaynı ilə seçilir. “Xan evi” möhtəşəm tarixi abidədir. Lənkəran xanı Mirəhməd xanın həyat yoldaşının şərəfinə inşa etdirdiyi binada nümayiş etdirilən eksponatlar nəyinki buranın, bütövlükdə Azərbaycanımızın qədim mədəniyyətə malik olduğunu nümayiş etdirir.”