REGİONLAR
Balakənlilər Azərbaycanın on milyonuncu sakininin dünyaya gəlməsini sevinclə qarşılayıblar
Balakən, 9 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycanın on milyonuncu sakininin anadan olması münasibətilə Balakən şəhərindəki ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında konsert proqramı təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə parkın ərazisində ağacəkmə aksiyası keçirilib, yaşıllıqlara qulluq olunub.
Tədbirdə vurğulanıb ki, on milyonuncu sakinin dünyaya gəlməsi müstəqil Azərbaycanın həyatında çox əlamətdar hadisədir. Xalqımız bu hadisəni böyük sevinc hissi ilə qeyd edir. Azərbaycan əhalisinin sayının artaraq on milyona çatması bir daha sübut edir ki, son illər ölkəmizdə sosial-iqtisadi sahədə çox böyük uğurlar əldə olunub, əhalinin rifahı daha da yaxşılaşıb.
Bayram tədbirində rayonun musiqi, folklor və rəqs kollektivləri rəngarəng konsert proqramı ilə çıxış ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [20:34]
Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb
- 19.04.2024 [19:30]
Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]