MƏDƏNİYYƏT


Balaton gölü populyarlığını qoruyub saxlayır

Budapeşt, 19 avqust, AZƏRTAC 

Macarıstan Turizm Bazarının Tədqiqi və Təşkili Assosiasiyasının keçirdiyi sorğunun nəticələrinə görə, Avropanın ən iri gölü olan Balaton turistlər üçün populyarlığını qoruyub saxlayır. Bu ölkənin vətəndaşları ilə yanaşı, qonşu Avstriyadan gələn turistlər də gölün yaxınlığındakı istirahət zonasına təkcə yayda deyil, həm də qışda axın edirlər.

AZƏRTAC xəbər verir ki, respondentlərin üçdəbiri bildirib ki, onlar “Macarıstanın dənizi” adlanan bu istirahət məkanına hər il gedirlər. Bu turizm istiqamətini ən sevimli adlandıran səyahətçilərin arasında gənclərin sayı getdikcə artır. Belə ki, 18-29 yaş arasında olan gənc respondentlər Balatona festivallarda iştirak etmək üçün yaşlı insanlar isə qastronomik tədbirlərə və şərab dequstasiyalarına qatılmaq üçün getdiklərini bildiriblər.

Balaton gölünün ətrafındakı ən populyar məkanlar Şiofok, Tixan və Balatonfüred kurortlarıdır. Gölün qərbində yerləşən Heviz termal su şəhərciyi də turistlərin sevdiyi məkandır.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.