DÜNYA
Balaton turistlərlə doludur
Budapeşt, 11 avqust, AZƏRTAC
Cari mövsüm Balaton “Macar Rivyerası” üçün rekord olub. Göl son 20 ildə belə turist axını görməyib.
AZƏRTAC xəbər verir ki, mövsümqabağı yarım milyondan çox sərnişin Balatonda qatarlardan istifadə edib. “MÁV” dəmir yolu şirkəti və “Volan” avtobus korporasiyası daha dəqiq rəqəm gətirir - ümumilikdə 566 min bilet satılıb. Əsas turizm mövsümünə gəlincə, onun ilk 37 günündə 1,124 milyon bilet satılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 41 faiz çoxdur. Onlardan 784 mini gölün cənub tərəfi, 340 mini isə Balaton gölünün şimal tərəfi ilə səyahət edib.
Balaton-24 və Balaton-72 yenilənmiş gündəlik biletlər təkcə qatarlarda deyil, həm də gölün ətrafında “Volan” avtobus şirkətinin bir neçə marşrutunda məşhurdur.
Ən populyar istiqamətlər Şiofok (Budapeştdən 110 kilometr cənub-qərbdə), Kesthey (185 kilometr cənub-qərbdə), Zamardi (120 kilometr cənub-qərbdə), Balatonfüred (130 kilometr cənub-qərbdə) və Fonyod (150 kilometr cənub-qərbdə) hesab edilir.
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt