İQTİSADİYYAT
“Balaxanı yolu”nda təmir işləri aparılır VİDEO
Bakı, 23 iyun, AZƏRTAC
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə “Balaxanı yolu”nda təmir işləri aparılır.
“Azəryolservis” ASC-dən AZƏRTAC-a bildirilib ki, yolun deformasiyaya uğramış hərəkət hissəsinin köhnə asfalt-beton örtüyünün aşınma qatı qaşınaraq, ərazidən daşınır. Yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazırlanan yolun hərəkət hissəsində asfaltlanma işləri görülür.
Məlumata əsasən yolun təmir işləri təqribən 6 kilometrlik ərazidə aparılır. Ümumilikdə 45 min kvadratmetr əraziyə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.
“Balaxanı yolu”nda hərəkətin intensivliyi nəzərə alınaraq təmir işləri sutkanın qaranlıq saatlarında görülür. Təmir-tikinti işləri tərtib olunmuş cədvələ uyğun həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.