CƏMİYYƏT


Baldız böyrəyini qardaşının həyat yoldaşına bağışlayıb

Bakı, 7 yanvar, AZƏRTAC

Ötən ilin axırlarında Respublika Müalicəvi Diaqnostika Mərkəzində həyata keçirilən son böyrəkköçürmə əməliyyatı həm də öz unikallığı ilə seçilib.

Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, uzun müddət hemodializ seansları almaq, xəstə orqanizmin sağlamlığına yan təsirsiz ötüşmürdü. Ona təcili böyrək köçürülməli idi. Lakin qohumlar arasında uyğun donor axtarışları nəticə verməyib. Zəruri analiz və müayinələrdən sonra yalnız baldızın böyrəyinin resipiyentin orqanizminə uyğun olduğu aşkarlanıb və o, heç tərəddüd etmədən öz böyrəyini gəlinlərinə bağışlayıb.

Mərkəzə müraciət edən baldızın donorluğu ilə qardaşın həyat yoldaşı üzərində böyrəkköçürmə əməliyyatı aparılıb. Tibb üzrə fəlsəfə doktoru, cərrah-uroloq Rəşad Şolanın apardığı uğurlu əməliyyat gəlinin həyatını xilas edib.

Orqanizm köçürülmüş böyrəyi qəbul edib və hər ikisi sağlam vəziyyətdə evə yazılıblar. Bu hadisədən sonra ailə üzvləri arasında doğmalıq hissi daha da artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.