DÜNYA
Bali dənizində batan “KRI Nanggala-402” sualtı qayığı aşkar edilib
Tokio, 25 aprel, AZƏRTAC
Bali dənizində batan “KRI Nanggala-402” sualtı qayığı axtarış-xilasetmə əməliyyatları zamanı aşkar edilib.
AZƏRTAC İndoneziya KİV-lərinə istinadla xəbər verir ki, bunu bu ölkənin silahlı qüvvələrinin marşalı Hadi Tjahcanto bildirib.
Marşal deyib ki, aprelin 25-də davam edən axtarışlar zamanı Sinqapurdan gəlmiş “MV Swift” xilasetmə gəmisi sualtı qayığın batdığı yeri müəyyən edib.
İlkin olaraq dalğıcların sualtı qayığın istiqamətverici üfüqi rolunu, lövbərləri, xilasetmə gödəkcələrini aşkar ediblər. Sonra qayıq və həlak olmuş heyət üzvləri tapılıb.
Silahlı qüvvələrin komandanı sualtı qayıda həlak olanların ailə üzvlərinə dərin hüznlə başsağlığı verdiyini deyib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [16:14]
Latviyanın xarici işlər naziri istefa verib
- 28.03.2024 [15:42]
Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb
- 28.03.2024 [14:43]
Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək
- 28.03.2024 [14:37]
Nyu-York metrosunda zorakılıq halları artıb
- 28.03.2024 [14:35]
Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır
- 28.03.2024 [14:13]