REGİONLAR


Balıq ovuna qoyulan moratoriumla əlaqədar balıqçılarla görüş keçirilib

Neftçala, 13 may, Aydın Yavərzadə, AZƏRTAC

Ekoloji sabitliyin, bioresursların qorunması, balıqların kürütökmə dövrü ilə əlaqədar qəbul edilmiş qadağalara balıqçılar tərəfindən riayət edilməsi və onları maraqlandıran məsələlərin müzakirə olunması məqsədilə Neftçalada görüş keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, görüşdə DİN Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin və Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları, Dövlət Sərhəd Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Rayon Prokurorluğunun və rayon icra hakimiyyətinin nümayəndələri iştirak ediblər. Görüşdə kürütökmə dövrü ilə əlaqədar mayın 1-dən balıq ovuna moratorium qoyulması məsələsinə toxunulub. Bildirilib ki, qəbul edilmiş qərarla əlaqədar ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna qoyulan moratorium bir müddət davam edəcək. Bu müddət ərzində hər bir balıqçı qaydalara ciddi riayət etməli, balıq artımının qarşısının alınmasına yönəlmiş heç bir hərəkətə yol verməməli, xüsusən su hövzələrini çirkləndirən sintetik torların, balıq artımının qarşısının alınmasına təsir edən digər vasitələrin yığışdırılmasına öz dəstəklərini verməlidirlər. Ona görə balıq ovu ilə məşğul olan sakinlərin üzərinə böyük məsuliyyət düşdüyü vurğulanıb.

Sonda qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin və yerli polis şöbələrinin əməkdaşları tərəfindən ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirlərinin həyata keçirildiyi qeyd edilib, qaydaları pozan şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcəyi bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.