CƏMİYYƏT


Balıq və digər su bioresurslarının mühafizəsi məqsədilə növbəti reyd keçirilib

Bakı, 3 iyul, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları balıq və digər su bioresurslarının mühafizəsi məqsədilə növbəti reyd keçiriblər.

Departamentdən AZƏRTAC-a verilən məlumata görə, Xəzər dənizinin Kürdəxanı qəsəbəsi istiqamətində keçirilən reyd zamanı qanunsuz balıq ovu edən şəxs saxlanılıb. Qanun pozucusu Xaçmaz rayon sakini İlyas Teyyubovdan 38 külmə balığı, bir taxta qayıq, iki sintetik tor götürülüb və barəsində balıq ehtiyatlarına vurulan ziyana görə 418 manat məbləğində iddia qaldırılıb.

Mingəçevir su anbarının Yevlax rayonu Kasa adlanan ərazisində keçirilən reyd zamanı qanunsuz balıq ovu edən şəxslər saxlanılıblar. Qanun pozucuları Mingəçevir şəhər sakinləri Əli Əzizov və Murad Yusubovdan 180 şahmayı və 42 sıf balığı, iki asma mühərrikli qayıq, iki sintetik saplı tor götürülüb və barələrində balıq ehtiyatlarına vurulan ziyana görə, ümumilikdə, 7326 manat məbləğində iddia qaldırılıb.

Kür çayının Tovuz rayonu, Hunanlı kəndi ərazisində keçirilən reyd zamanı qanunsuz balıq ovu edən şəxs saxlanılaraq ondan 15 şahmayı balığı, bir elektrik gücləndiricisi, bir akkumulyator, bir rezin qayıq götürülüb. Qanun pozucusu Tovuz rayon sakini Qələndər Məmmədov barəsində balıq ehtiyatlarına vurulan ziyana görə 495 manat məbləğində iddia qaldırılıb.

Faktlarla bağlı qanun pozucuları barəsində cərimə qərarlarının çıxarılması və qanunauyğun tədbirlər görülməsi üçün toplanmış sənədlər hüquq mühafizə orqanlarına göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.