İDMAN


Balotelli “Marsel”lə razılaşıb

Bakı, 21 yanvar, AZƏRTAC

İtalyan hücumçu Mario Balotelli Fransanın “Marsel” futbol klubu ilə müqavilə imzalamağa razılaşıb.

AZƏRTAC “L'Equipe” saytına istinadla xəbər verir ki, hücumçu tezliklə “Marsel” klubunun futbolçusu olacaq. İtalyan hücumçu yanvarın 21-də “Nitsa” klubu ilə müqaviləsini bitirəcək. Balotellinin “Marsel”dəki gəliri “Nitsa” klubundan aldığı məvacibdən daha az olacaq.

Hücumçu 2016-cı ildən “Nitsa” klubunun formasını geyinir. O, Fransa çempionatında 61 matçda 33 qol vurub. İtaliya millisinin heyətində isə 28 yaşlı hücumçu 36 matçda 14 dəfə rəqib qapısına yol tapıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.