DÜNYA


Baltikyanı ölkələrdə Aİ-nin Rusiyaya qarşı sanksiyalarına münasibət dəyişir

Riqa, 17 mart, AZƏRTAC

Latviya, Litva və Estoniyada əhali arasında keçirilən sorğu həmin ölkələrdə Avropa İttifaqı (Aİ) tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla bağlı fikirlərində dəyişikliyin baş verdiyini göstərir.

AZƏRTAC xəbər verir ki, “Baltikyanı ölkələrin əhalisi arasında qütbləşmə potensialı” adlı sorğunun nəticələri göstərir ki, bu ölkələrin əhalisi arasında Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların daha da sərtləşdirilməsinin tərəfdarları azalır. Məsələn, 2015-ci ildə Latviyada respondentlərin 30,7 faizi sanksiyaların daha sərtləşdirilməsini arzu edirdisə, budəfəki sorğuda bu rəqəm 14,7 faiz olub.

Estoniyada eyni göstərici 44,7 faizdən 24,3 faizə, Litvada isə 54,4 faizdən 24,4 faizə enib.

Nəticələri ümumiləşdirsək görərik ki, Baltikyanı ölkələrin əhalisi Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların hazırkı həddə qalmasının tərəfdarıdır.

 

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.