DÜNYA
Baltikyanı ölkələrdə ən bahalı qida məhsulları Estoniyada satılır
Riqa, 3 avqust, AZƏRTAC
Cari ilin ikinci rübündə ən ucuz qida məhsulları Vilnüs, ən bahalı qida məhsulları isə Tallinin ticarət şəbəkələrində satılıb. Riqa dükanlarında qiymətlər orta səviyyədə olub.
AZƏRTAC Latviya mətbuatına istinadla xəbər verir ki, bu barədə məlumatı ölkənin Kənd Təsərrüfatı Bazarının Təşviqi Mərkəzi yayıb.
Bildirilib ki, Riqa dükanlarında qiymətlər orta səviyyədə olub.
Mərkəzin rəhbəri İnquna Qlube deyib ki, qida məhsulları qiymətinin Tallində daha baha olması faktına baxmayaraq, ailə büdcəsindən ən az pul xərcləyənlər estonlardır. COVID-19 infeksiyası bu il bol məhsul əldə edilməsinə öz təsirini göstərib, resurs qiymətləri və logistika xərcləri xeyli artıb. Bu, qida məhsullarının qiymətinin də artacağı anlamına gəlir.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]
İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb
- 24.04.2024 [13:05]
İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb
- 24.04.2024 [12:07]