MƏDƏNİYYƏT


Baltimorlu musiqiçinin Bakıda ustad dərsi və konserti olacaq

Bakı, 12 oktyabr, AZƏRTAC

Oktyabrın 16-da “YARAT” Müasir İncəsənət Mərkəzində baltimorlu repçi, musiqiçi və sahibkar Vordsmith tərəfindən ustad dərsi və konsert təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, Vordsmith çox güclü motivasiya mesajını çatdıran hip-hop musiqisi yaradır. Onun missiyası “Məqsəd mesajı” vasitəsilə əyləndirmək və maarifləndirmək, həmişə bir nümunə olaraq, bu mesajı təmiz, keyfiyyətli və çoxsatılan “kütlələr üçün musiqi” ilə əlaqələndirməkdir.

Vordsmith öz şüurlu-kommersiya hip-hop musiqisi və teatr tamaşaları ilə milli və beynəlxalq səhnələrdə çıxış etməyə çalışır. Onun ilhamlandırıcı mesajla dolu məzmunlu və bütün yaş dövrlərini əyləndirən mahnıları, əsasən adi fəhlə təbəqəsinə ünvanlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.