“Bank Respublika” plastik kartlar üzrə aksiya keçirir
AzerTAg.az
Bakı, 29 aprel (AZƏRTAC). “Bank Respublika” “MasterCard Standard” və “Visa Classic” plastik kartları üzrə aksiya keçirir.
Bankdan AZƏRTAC-a bildirmişlər ki, aksiya çərçivəsində mayın 1-dən 31-dək plastik kart əldə etmək istəyənlər “MasterCard Standart” və “Visa Classic” kartlarını pulsuz və ilkin mədaxilsiz ala biləcəklər. Həmçinin qeyd olunan kart növlərinin sahiblərinə SMS-notification xidməti 3 ay müddətinə hədiyyə olunacaqdır. SMS-notification xidmətini aktivləşdirmək üçün kartın sifariş formasında bu xidməti qeyd etmək kifayətdir, ödənişsiz müddət bitəndən sonra xidmət standart tariflə aktiv olacaqdır.
Plastik kartları bankın rəsmi səhifəsində və istənilən bank filialında sifariş etmək mümkündür.
Xəbərin mətnində orfoqrafik səhv var