İQTİSADİYYAT
“Bank Respublika”nın “Mobil Şöbə”sinə ipoteka və cərimələrin ödənişləri funksiyası əlavə olunub
Bakı, 19 noyabr, AZƏRTAC
“Bank Respublika”nın “Mobil Şöbə”sinə ipoteka və cərimələrin ödənişləri funksiyası əlavə olunub.
Bankdan AZƏRTAC-a bildiriblər ki, indi “Mobil Şöbə” əlavəsi vasitəsilə dövlət xidmətləri bölümündə Azərbaycan İpoteka Fondu xətti ilə ayrılan ipoteka kreditlərini, həmçinin yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələri ödəmək mümkündür.
Bundan başqa, istifadəçilərə “Mobil Şöbə” üzərindən aparılan əməliyyatların aylıq və gündəlik limitləri haqqında məlumat funksiyası aktivləşdirilib.
“Mobil Şöbə” əlavəsi üzərindən smartfonla bank məhsullarından daha rahat və sadə şəkildə istifadə edilməsini təmin etməklə yanaşı burada kartdan çıxarış, kreditlərin ödənilməsi, hesaba mədaxil, kommunal xidmət ödənişləri və s. imkanları da mövcuddur.