İQTİSADİYYAT
“Bank Standard”ın balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq
Bakı, 13 iyul, AZƏRTAC
İyulun 20-si saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan QSC “Bank Standard” Kommersiya Bankının balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.
Fonddan AZƏRTAC-a bildirilib ki, daşınmaz əmlak Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Rəşid Behbudov küçəsi, döngə 1 ünvanında 1,05 hektar torpaq sahəsində yerləşən (ü/s 1034,83 kvadratmetr) əmlak kompleksidir. Daşınmaz əmlakın ilkin satış qiyməti 730 min manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına, alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi 27 (“AVİS” aptekin arxası). Tel: 055-206-66-67