“Bank Technique”in aktivləri 24,6 faiz artmışdır
AzerTAg.az
Bakı, 3 fevral (AZƏRTAC). “Bank Technique”in aktivləri 2013-cü il ərzində 24,6 faiz artaraq 521,610 milyon manat təşkil etmişdir.
Bankdan AZƏRTAC-a bildirmişlər ki, ötən il ərzində fiziki şəxslərin depozit portfeli öz artım dinamikası ilə fərqlənərək 74,2 faiz yüksəlmiş və 200,234 milyon manata çatdırılmışdır.
Hesabat dövründə faiz və qeyri-faiz gəlirləri 49,1 faiz artaraq 43,762 milyon manat, bank tərəfindən cəlb olunmuş resursların optimallaşdırılması sayəsində faiz xərcləri 13,1 faiz azalaraq 18,100 milyon manat olmuşdur.
Bankın məcmu kapitalı 2012-ci ilin sonu ilə müqayisədə 46,8 faiz artaraq, 61,855 milyon manata çatmışdır. Kapitalın adekvatlıq göstəricisi Mərkəzi Bank tərəfindən müəyyən edilmiş 12 faizlik normaya qarşı 13,2 faiz təşkil etmişdir. “Bank Technique” 2013-cü ilin nəticələrinə görə, 3,737 milyon manat həcmində mənfəət əldə etmişdir. Nizamnamə kapitalı ötən il ərzində 10,345 milyon manat artmışdır və hazırda 75,100 milyon manatdır.
Xəbərin mətnində orfoqrafik səhv var