İQTİSADİYYAT


Bank VTB (Azərbaycan) ASC-nin çağrı mərkəzi 60 mindən artıq müraciəti cavablandırıb

Bakı, 18 avqust (AZƏRTAC). “Bank VTB” (Azərbaycan) ASC-nin çağrı mərkəzi (call center) fəaliyyətə başladığı vaxtdan indiyədək 63 min 353 müştərinin müraciətinə cavab verilib.

Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 2012-ci ilin oktyabrından fəaliyyət göstərən mərkəzdə 52 min 804 zəng, bankın rəsmi saytındakı onlayn-məsləhət xidməti vasitəsilə 9 min 080 müraciət və 1469 onlayn-ərizə qeydə alınıb.

Çağrı mərkəzi daxil olan zəngləri və kreditlər üzrə bankın saytına daxil olan onlayn-sifarişləri qəbul edir, habelə ödənişi gecikdirən müştərilərlə işləyir. Xidmətin keyfiyyətini yüksəltmək məqsədilə müştərilər arasında müntəzəm sorğu aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.