Bank VTB (Azərbaycan) ASC-nin çağrı mərkəzinə 47 mindən çox müraciət daxil olmuşdur
AzerTAg.az
Bakı, 8 aprel (AZƏRTAC). Bank VTB (Azərbaycan) ASC-nin çağrı-mərkəzi (call center) fəaliyyətə başladığı dövrdən 47 mindən çox müştərinin müraciətini cavablandırmışdır.
Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, 2012-ci ilin oktyabrından fəaliyyət göstərən mərkəzdə 39 min 679 zəng, bankın rəsmi saytındakı onlayn-məsləhət xidməti vasitəsilə 6 min 133 müraciət və 1390-dan artıq onlayn-ərizə qeydə alınmışdır.
Bank VTB (Azərbaycan) ASC-nin çağrı mərkəzinin rəhbəri Ayaz Əhmədov qeyd etmişdir ki, bayram günlərində də müştərilərə fasiləsiz xidmət göstərilir. Çağrı mərkəzi daxil olan zəngləri və kreditlər üzrə bankın saytına daxil olan onlayn-sifarişləri qəbul edir, habelə ödənişi gecikdirən müştərilərlə işləyir. Bundan başqa, mərkəzdə “zəng sifarişi” xidməti də fəaliyyət göstərir: bankın saytında öz telefon nömrəsini yerləşdirmiş müştərilərə çağrı mərkəzinin mütəxəssisi tərəfindən məsləhət xidməti göstərilir. Cari ildə mərkəz vasitəsilə aktiv satışların gerçəkləşməsi və hüquqi şəxslərlə aparılan işin genişləndirilməsi də planlaşdırılır.
Xəbərin mətnində orfoqrafik səhv var