İQTİSADİYYAT
Bank VTB (Azərbaycan) “Fərdi bank seyfləri” xidmətini təklif edir
Bakı, 1 noyabr, AZƏRTAC
Bank VTB (Azərbaycan) yeni “Fərdi bank seyfləri” məhsulu ilə qiymətli əşyaların etibarlı qorunmasını təklif edir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, bankın müştəriləri pulların, qiymətli kağızların, sənədlərin, zinət və Azərbaycan Respublikası qanunvericiliyi ilə qadağan olunmayan digər əşyaların saxlanılması üçün müxtəlif ölçülü seyf qutularını icarəyə götürə bilərlər. İcarə müddəti 1 gündən başlayır, maksimal müddət isə 12 aydır.
Bank seyflərin tam toxunulmazlığına və mühafizəsinə zəmanət verir. Fərdi seyf qutusunda saxlanan dəyərli əşyaların təhlükəsizliyi “iki açar prinsipi” ilə (bankın açarı və müştərinin açarı) maksimal dərəcədə təmin olunur. Seyfin açarı icarəçidə və ya onun səlahiyyətli nümayəndəsində olur. Müştəri seyfdən istifadə etmək hüququnu öz nümayəndəsinə notarial qaydada təsdiqlənmiş etibarnamə əsasında verir.
Bankın müştəriləri seyfi Hüseyn Cavid, 32 ünvanında - “Elmlər Akademiyası” metro stansiyasının qarşısında yerləşən VTB (Azərbaycan)ın yeni “Elmlər” filialında icarəyə götürə bilərlər.
Ətraflı məlumatı bankın saytından və ya 24 saat xidmətindən 986 (Azercell abunəçiləri üçün - 012 986) nömrəli “Çağrı Mərkəzi”ndən əldə etmək olar.