İQTİSADİYYAT
“Bank VTB (Azərbaycan)” tərəfindən rubl ilə verilən kreditlərin ümumi həcmi 1 milyardı ötüb
Bakı, 5 dekabr, AZƏRTAC
“Bank VTB (Azərbaycan)” tərəfindən rubl ilə verilən kreditlərin ümumi həcmi 2014-cü il dekabrın 1-i vəziyyətinə 1 milyard rubl həddini ötüb.
Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rubl kreditlərinin böyük hissəsi (78 faiz) istehlak kreditlərinin payına düşüb və 795 milyon rubl təşkil edib. İstehlak kreditlərinin strukturunda təqribən 10 faiz və ya 78 milyon rubl avtokreditlərin payına düşür. Həmçinin korporativ müştərilərə 166,5 milyon rubl həcmində kredit verilib, kiçik və orta sahibkarlığın maliyyələşməsinə isə 50 milyon rubl ayrılıb.
Rusiya valyutasından kreditləşmə üçün istifadə edilməsi “Bank VTB (Azərbaycan)”nin fəaliyyətində yeni istiqamətdir və 2014-cü ilin avqust ayından tətbiq olunur.
Yaxın vaxtlarda “Bank VTB” (Azərbaycan) müştərilərinə yeni məhsul – rublla plastik kartlar təqdim etməyi planlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]