İQTİSADİYYAT
Bank VTB (Azərbaycan)ın “Gənclik” filialı işə başlayıb
Bakı, 31 oktyabr, AZƏRTAC
Oktyabrın 31-də VTB (Azərbaycan)ın Bakıda Atatürk prospekti 2 ünvanında “Gənclik” filialı işə başlayıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, yeni filialda müştərilərə geniş çeşiddə və keyfiyyətli bank məhsulları və xidmətlər təklif olunacaq. Fiziki və hüquqi şəxslər depozit hesabların açılması, hesablaşma-kassa xidmətləri, valyuta mübadiləsi, kommunal xidmətlər üzrə ödəniş, pul vəsaitlərinin göndərilməsi və alınması, plastik kartların sifarişi, internet-bankinqə qoşulma kimi xidmətlərdən istifadə edə bilər.
Bankın bütün ofislərində olduğu kimi, 24 saatlıq Çağrı Mərkəzi “Gənclik” filialının da müştərilərinin xidmətindədir. Mərkəzin 986 (Azercell abunəçiləri üçün - 012 986) qısa nömrəsinə müştərilər istənilən vaxt, o cümlədən qeyri-iş günlərində də müraciət edə bilər.
“Biz, bankın filial şəbəkəsinin optimallaşdırılması üzrə işləri davam etdiririk. Əsas məqsədimiz müştərilərə yaxın olmaq, onlara keyfiyyətli maliyyə xidmətləri göstərmək və maksimal şəkildə komfortlu şərait yaratmaqdır”,- deyə, Bank VTB (Azərbaycan)ın idarə heyətinin üzvü, korporativ biznesin inkişafı departamentinin direktoru İqor Okayev bildirib.