İQTİSADİYYAT


“Bank VTB (Azərbaycan)”ın Sumqayıtda filialı açıldı

“Bank VTB (Azərbaycan)”ın Sumqayıtda filialı açıldı

Bakı, 28 noyabr, AZƏRTAC

Noyabrın 28-də “Bank VTB (Azərbaycan)”ın Sumqayıt şəhəri, 34-cü məhəllə, 50.1 ünvanında filialı açılıb.

Bu münasibətlə keçirilən mərasimdə bankın idarə heyətinin və Müşahidə Şurasının üzvləri, “VTB Qrup”un və “AtaHolding”in təmsilçiləri, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Bankdan AZƏRTAC-a bildiriblər ki, filial əhaliyə geniş çeşidli bank məhsulları, o cümlədən fiziki şəxslərə, kiçik və orta biznes sahibkarlarına əmanətlər, kreditlər, plastik kartlar, təcili pul köçürmələri, kommunal xidmətlərin ödənişi üzrə xidmətlər göstərəcək.

“Əminik ki, “Bank VTB (Azərbaycan)” Sumqayıt şəhərinin həyatında fəal iştirak edəcək. Filialı açmaqla biz son vaxtlar sürətlə inkişaf edən Sumqayıtda istər korporativ müştərilərə, istərsə də əhaliyə ən müasir bank xidmətləri təklif etmək niyyətindəyik”, - deyə bankın idarə heyətinin sədri Yuri Yakovlev bildirib.

Y.Yakovlev qeyd edib ki, “Bank VTB (Azərbaycan)” ilin sonunadək filiallarının sayını artırmaq niyyətindədir. Növbəti ildə filial şəbəkəsinin genişləndirilməsi zamanı, ilk növbədə, Rusiya tərəfdaşları ilə biznesin gücləndirilməsi üçün bank xidmətlərinə ehtiyacı olan regionlar nəzərdən keçiriləcək. Bu, kənd təsərrüfatı və sənaye mallarının, habelə müxtəlif növ xammalın istehsalı və satışı ilə məşğul olan regionlar ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.