İQTİSADİYYAT
“Bank VTB (Azərbaycan)”ın plastik kart istifadəçilərinə 50 faizədək endirim təklif olunur
Bakı, 25 noyabr, AZƏRTAC
“Bank VTB (Azərbaycan)”ın plastik kart istifadəçiləri bir sıra xidmət obyektlərində ödəniş etdikdə əhəmiyyətli endirim qazanacaqlar. Ticarət və xidmət müəssisələrinin siyahısına paytaxtdakı məşhur restoran, mağaza, turizm agentlikləri və özəl klinikalar daxildir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, “Bank VTB (Azərbaycan)”ın plastik kart sahibləri "Gömrük Hospitalı"na müraciət etdikdə 50 faiz, "Mediland Hospital"da 35 faizədək, "Turk-American"da isə 15 faiz endirim əldə edəcəklər. “Tonqal” və “Cosy cafe and lounge” restoranlarında müvafiq olaraq 10 və 20 faiz güzəştdən istifadə etmək mümkündür. “Dream MT Travel”, “Euro Fly Travel” və “Premium Travel Group” turizm şirkətlərində 20 faizədək endirim təklif olunur. “Gallery” mağazalarında, eləcə də “Gold Platinum” kart istifadəçiləri üçün “Choco Bon” mağazasında alış-veriş zamanı 10 faizlik endirim nəzərdə tutulub. Bu güzəştlərdən yararlanmaq üçün plastik kart ilə nağdsız ödəniş etmək vacib deyil. Ticarət və xidmət müəssisəsində “Bank VTB (Azərbaycan)” kartını göstərmək kifayətdir.
Endirimlər bütün kart sahiblərinə, həmçinin “Bank VTB (Azərbaycan)”ın əmək haqqı layihəsinin iştirakçılarına da aiddir. Bankın əmək haqqı layihəsi maaş, eləcə də təqaüd və digər daimi və birdəfəlik gəlirlərin şirkət əməkdaşlarının hesabına asan və sürətli köçürmə üsulunu özündə əks etdirir.