Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Bank VTB” Publik Səhmdar Cəmiyyətinin prezidenti - İdarə Heyətinin sədri Andrey Kostindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

İcazə verin, Sizi 55 illik yubileyiniz münasibətilə “Bank VTB” Publik Səhmdar Cəmiyyətinin idarə heyəti adından və şəxsən öz adımdan təbrik edim.

Şübhəsiz ki, Siz peşəkar siyasi xadim, öz ölkəsini sevən, güclü və nüfuzlu lider keyfiyyətlərinə malik, bütün gücünü Vətəninə xidmət işinə həsr etmiş insansınız. Qəti əminəm ki, Sizin geniş dünyagörüşünüz, əzmkarlığınız və zəhmətsevərliyiniz, zəngin həyat təcrübəniz və daim öz bacarıqlarınızı inkişaf etdirməyə çalışmağınız Azərbaycanın gələcək tərəqqisinin möhkəm təməlini yaradır.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, uzun illər respublikanın rifahı naminə səmərəli fəaliyyət göstərməyinizi arzu edirəm. Qoy, həmişə işlərinizi müvəffəqiyyət müşayiət etsin, doğmalarınız və yaxınlarınız etibarlı dayağınız və dəstəyiniz olsun.

 

Hörmətlə,

Andrey Kostin

“Bank VTB” Publik Səhmdar Cəmiyyətinin prezidenti - İdarə Heyətinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin