İQTİSADİYYAT
Bank VTB kiçik və orta biznes üçün kredit portfelinin həcmini üç dəfə artırıb
Bakı, 16 iyul (AZƏRTAC). İyulun 1-nə olan məlumata görə, Bank VTB (Azərbaycan) ASC-nin kiçik və orta biznesin kreditləşməsi üzrə portfelinin həcmi 73,1 milyon manata çatıb. Bu, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çoxdur.
Bankdan AZƏRTAC-a verilən məlumata görə, bu ilin birinci yarısında ölkənin kiçik və orta biznes nümayəndələrinə 29,3 milyon manat kredit verilib. Halbuki ötən il bu vaxt kreditləşmənin həcmi 12,7 milyon manat idi.
Bankın kiçik və orta biznes idarəsinin rəisi Bəhruz Camalov deyib ki, bazarın inkişaf tendensiyasını nəzərə alan Bank VTB kiçik və orta biznesin maliyyələşdirilməsində fəal iştirak edir. İlin sonunadək biznes kreditləşmə üzrə portfelin həcminin bir qədər də artırılması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]