Bank VTB-nin kredit portfelinin həcmi 215,985 milyon manata çatıb
AzerTAg.az
Bakı, 24 iyul (AZƏRTAC). Bank VTB (Azərbaycan) 2014-cü ilin birinci yarısının yekunlarını açıqlayıb.
İyulun 1-nə olan məlumata görə, bankın kredit portfelinin həcmi 215,985 milyon manata çatıb. Bu da, ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən iki dəfə çoxdur.
Əhalinin əmanətlərinin həcmi 2013-cü ilin eyni dövrü ilə müqayisədə 90 faizdən çox artaraq 6,3 milyon manat təşkil edib. Bankın aktivləri 229,699 milyon manat, məcmu kapitalı isə 47,837 milyon manat olub. Gəlirlər 2,5 dəfə artaraq 20,257 milyon manata çatıb.
Bank VTB (Azərbaycan) ASC-dən AZƏRTAC-a bildiriblər ki, bankın kreditləşmə bazarında mövqeyi möhkəmdir. Kiçik və orta biznes seqmenti ilə aktiv iş davam etdirilir. Bu da öz növbəsində ölkə iqtisadiyyatının inkişafına müsbət təsir göstərir.
Xəbərin mətnində orfoqrafik səhv var