İDMAN


Bank əməkdaşları arasında şahmat üzrə şəxsi və komanda turnirinin qalibləri müəyyənləşib

Bakı, 16 may, AZƏRTAC

Azərbaycan Banklar Assosiasiyasının və Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı ilə bank əməkdaşları arasında şahmat üzrə şəxsi və komanda turniri keçirilib.

AŞF-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan yarışda əsas mübarizə hərəyə 7,5 xal toplayan Rəsul Mənsimli (“Azərbaycan Beynəlxalq Bankı”) və Mehdi Məmmədov (“Paşa Bank”) arasında olub. Əlavə göstəricilərə görə, R.Mənsimli birinci yeri tutub. M.Məmmədov isə ikinci yerlə kifayətlənib. Hərəyə 7 xal toplayan R.Hacılı (“Azərbaycan Beynəlxalq Bankı”), Beyrək Rəhimov (“Kapital Bank”) və Ruslan Əliyarov (“TuranBank”) 3-5-ci yerləri bölüşdürüblər. Əlavə göstəricilərə görə, R.Hacılı üçüncü yerə layiq görülüb.

Aliyə Mehdiyeva (“Paşa Bank”) qadınlar arasında ən yaxşı nəticənin sahibi kimi təltif olunub. Rəsul Mənsimli, Rauf Hacılı və Rəşad Bədəlovun təmsil etdiyi “Azərbaycan Beynəlxalq Bankı” 20,5 xalla komanda yarışlarında qalib adını qazanıb. Beyrək Rəhimov, Şahin Əliyev, Səməd Səmədzadənin ümumilikdə topladıqları 19 xal sayəsində “Kapital Bank”ın kollektivi ikinci yerdə qərarlaşıb. Ruslan Əliyarov, Mehdi Axundov, Ağasi Hətəmovun yer aldığı “TuranBank” 18 xalla üçüncü olub.

Yarışın bağlanış mərasimində çıxış edən Azərbaycan Şahmat Federasiyasının baş katibi İlahə Qədimova qalibləri təbrik edib, turnirin şahmatın təbliğində rolundan danışıb. Sonda yarışın baş hakimi Rəhim Qasımov və AŞF-nin baş katibi İlahə Qədimova qalib və ilk üç yeri turan iştirakçılara diplom, kubok və pul mükafatını təqdim ediblər.

Qeyd edək ki, turnirdə ölkədə fəaliyyət göstərən 20 bankdan 72 əməkdaş qalib adı uğrunda mübarizə aparıb. Üç gün davam edən yarış sayca beşinci dəfə təşkil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.