İQTİSADİYYAT


Bank əməkdaşları üçün vebinar təşkil olunub

Bakı, 15 iyul, AZƏRTAC

Azərbaycan Banklar Assosiasiyası (ABA) beynəlxalq maliyyə institutları ilə birgə bank əməkdaşlarının bilik və bacarıqlarının artırılması istiqamətində tədbirlərin həyata keçirilməsini davam etdirir.

ABA-dan AZƏRTAC-a bildirilib ki, bu istiqamətdə növbəti tədbir olaraq Azərbaycan Mərkəzi Bankı və “Mastercard Worldwide” beynəlxalq kart təşkilatı tərəfindən “Negative responses” adlı vebinar keçirilib. Vebinarda Murat Durmaz və Başak Göktürk təqdimatla çıxış edib və ödəmə kartı əməliyyatlarında “Negative responses”in idarə olunması, bu sahədə atılacaq addımlar, o cümlədən bank müştəriləri ilə işin təşkili, məlumat mexanizminin yaradılması kimi mövzulara toxunulub. Təqdimatda iştirakçıların sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.