İQTİSADİYYAT
Bank mütəxəssisləri üçün seminar
Bakı, 17 may, AZƏRTAC
“Maliyyə və rəqəmsal texnologiyalar həftəsi" çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən növbəti tədbir keçirilib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Beynəlxalq Maliyyə Korporasiyasının məsləhətçi eksperti Saçin Bansal tərəfindən elektron bankçılıq xidmətləri və onların inkişafı sahəsində çalışan bank mütəxəssisləri üçün "Rəqəmsal maliyyə texnologiyalarının təchizatçıları tərəfindən alternativ xidmət kanallarından istifadə" mövsuzunda seminar keçirilib.
Tədbirdə elektron və rəqəmsal maliyyə xidmətləri, rəqəmsal maliyyə xidmətlərinin göstərilməsi üzrə tətbiq edilən alternativ xidmət kanalları və onların xüsusiyyətləri, alternativ xidmət kanallarının tətbiq edilməsi üzrə beynəlxalq təcrübə haqqında iştirakçılara geniş məlumat verilib, suallar cavablandırılıb.