İQTİSADİYYAT


“Bank of Baku” nağdılaşdırma kampaniyası elan edir

Bakı, 5 sentyabr (AZƏRTAC). Yeni tədris ili ərəfəsində “Bolkart” sahiblərinin nağd pula olan ehtiyaclarını təmin etmək üçün “Bank of Baku” nağdılaşdırma kampaniyası elan edir.

Bankdan AZƏRTAC-a bildirilib ki, sentyabrın 5-dən 10-dək kartdan pul çıxaran “Bolkart” sahibləri, oktyabrın 10-dək möhlətli ödəniş imkanı qazanır. Nağdılaşdırmanın məbləği 2 faizdir (min. 2 manat). Kart sahibləri balanslarındakı bütün məbləği nağdılaşdıra bilərlər.

Oktyabrın 10-dək borcu bağlaya bilməyən müştərilər, qalıq borcuna görə hər ay 2,5 faiz komissiya ödəməklə məbləğin qaytarılmasını kartın müddətinin sonunadək uzada bilərlər.

Ətraflı məlumat: www.facebook.com/Bolkart səhifəsindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.