İQTİSADİYYAT


“Bank of Baku”dan təhsil kampaniyası: 10 min AZN-dək nağd pul kreditinə 3 faiz endirim

Bakı, 17 avqust, AZƏRTAC

"Sizə Yaxın Bankçılıq" şüarı ilə fəaliyyət göstərən və hər zaman müştərilərinin yanında olan "Bank of Baku" bu dəfə ödənişli əsaslarla universitetə qəbul olan və ya təhsilini davam etdirən tələbələrə özəl yeni təhsil krediti kampaniyasına start verir.

Bankdan AZƏRTAC-a bildiriblər ki, "Təhsil gələcəyimizdir, dəstək öhdəliyimizdir" şüarı altında keçirilən kampaniya ödənişli əsaslarla təhsil alan tələbələrin illik təhsil haqlarının qarşılanmasına dəstək məqsədi daşıyır. Avqustun 16-dan 31-dək tarixlərini əhatə edən təhsil kampaniyası çərçivəsində 10 min manatadək nağd pul kreditinə 3 faiz endirim və 0 faiz komissiya tətbiq edilir. Kampaniya çərçivəsində kredit rəsmiləşdirilməsi üçün ölkə ərazisində yerləşən ali təhsil ocaqlarında ödənişli əsaslarla təhsil alan tələbələrin ailə üzvlərindən biri – valideyni, nənə və ya babası, bacı və ya qardaşı müraciət edə bilər.

Təhsil Kampaniyası üçün müraciət edən müştərilər, həmçinin aşağıdakı güzəştli şərtlərdən faydalana biləcəklər: illik faiz dərəcəsinə 3 faiz endirim, rəsmiləşdirmə komissiyası 0 faiz, əmək haqqı tələbi vergilər daxil minimum 185 AZN, ödəniş müddəti 3-36 ay, maaş kartı digər banklarda olan şəxslərə kredit almaq imkanı; məbləğdən asılı olaraq zaminsiz kreditləşmə, çevik rəsmiləşmə.

Təhsil Kampaniyasından faydalanmaq istəyən şəxslər, iş yerindən arayışı və ya rəsmi gəlirləri təsdiq edən sənədləri və 1-ci xətt qohumunun tələbə olduğunu təsdiq edən sənədləri (Universitetdən təqdim olunan arayış, Abituriyent jurnalı və ya Dövlət İmtahan Mərkəzinin rəsmi saytından çıxarışı) banka təqdim etməklə kreditlərini rəsmiləşdirə bilərlər. İş yerindən arayışı, Bankdan ayrılmadan, bütün filiallarda quraşdırılan elektron hökumət portalı vasitəsilə əldə etmək olar.

Kampaniya haqqında daha ətraflı məlumatı bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya rəsmi “facebook” səhifəsinə www.facebook.com/bankofbaku daxil olaraq öyrənmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.