Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 2, maddə 72; 2013, № 7, maddə 789; 2014, № 10, maddə 1160; 2016, № 3, maddə 407, № 4, maddə 641; 2017, № 12 (I kitab), maddə 2228; 2018, № 5, maddə 844, № 6, maddə 1171; 2019, № 1, maddə 32, № 5, maddə 815; 2021, № 12, maddə 1298) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 11.1-1-ci və 13.1-1-ci maddələr əlavə edilsin:

“11.1-1. Lisenziyanın alınması üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”;

“13.1-1. BOKT-nin filialının açılmasına icazənin alınması üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar BOKT-dən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi BOKT-nin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya BOKT tərəfindən təmin edilir.”.

2. 11.3-cü maddənin ikinci cümləsinə “çatışmazlıqlar aşkar olunduqda” sözlərindən sonra “(bu Qanunun 11.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

3. 13.2-ci maddənin ikinci cümləsinə “çatışmazlıqlar aşkar olunduqda” sözlərindən sonra “(bu Qanunun 13.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2022-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin