İQTİSADİYYAT
Bank və digər kredit təşkilatlarının kredit portfeli 12437,2 milyon manat olub
Bakı, 20 noyabr, AZƏRTAC
Mərkəzi Bankın təqdim etdiyi məlumata əsasən, oktyabrın 1-nə ölkədə fəaliyyət göstərən bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25,9 faiz azalaraq milli valyuta ekvivalentində 12437,2 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ümumi kredit portfelinin 9986,6 milyon manatı və ya 80,3 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 18,9 faizi dövlət, 77,5 faizi qeyri-dövlət bankları, 3,6 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,3 faiz artaraq 1857,1 milyon manata çatıb və ümumi kredit portfelinin 14,9 faizini təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]