REGİONLAR


Bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 164 milyon 893 min manatdan çox kredit verilib

Naxçıvan, 28 oktyabr, AZƏRTAC

Bu ilin yanvar-sentyabr aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 164 milyon 893 min 700 manat kredit verilib. Bu da bir il öncəki göstəricidən 15,7 faiz çoxdur.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, verilmiş kreditlərin 18 milyon 336 min 800 manatı və yaxud 11,1 faizi qısamüddətli, 146 milyon 556 min 900 manatı və yaxud 88,9 faizi uzunmüddətli kreditlər olub.

Muxtar respublikada əhaliyə göstərilən bank xidmətlərinin səviyyəsinin yüksəldilməsi istiqamətində Kapital Bankın Ordubad filialının və “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şahbuz rayon filialının inzibati binalarının tikintisi başa çatdırılıb, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Culfa rayon filialının inzibati binasının tikintisi davam etdirilir.

Muxtar respublikada sığorta sahəsinin inkişafı diqqətdə saxlanılıb, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2021-ci il 24 may tarixdə “Naxçıvan Muxtar Respublikasında dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərman imzalanıb.

2021-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada sığorta növləri üzrə daxilolmalar 5 milyon 820 min 200 manat olub ki, bunun da 1 milyon 95 min manatını könüllü, 4 milyon 725 min 200 manatını isə icbari sığorta təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.