İQTİSADİYYAT
“Bank xidmətləri və bank məhsulları” mövzusunda təlim təşkil olunub
Bakı, 3 oktyabr, AZƏRTAC
Oktyabrın 3-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) “Bank xidmətləri və bank məhsulları” mövzusunda təlim keçirilib.
ASK-dan AZƏRTAC-a bildirilib ki, təlimi “International Consulting Company” şirkətinin baş direktoru Ramin Bayramov keçirib. Sahibkarların maliyyə savadının artırılması məqsədi daşıyan təlimdə kredit imkanları və kredit məhsulları barədə danışılıb. Kreditin ödənilməsi ilə bağlı ortaya çıxan çətinliklər zamanı bu çətinliklərin həll edilməsi yolları və eləcə də depozit hesabları barədə iştirakçılara məlumat verilib.
R.Bayramov mikro, kiçik və orta sahibkarların kredit götürmək imkanları və risklər barədə məlumat verərək sahibkarların borclanmağa meyilli olmasının mənfi nəticələr yaratdığını bildirib.
Təlimdə sahibkarlar və bank əməkdaşları iştirak ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [16:26]
Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib
- 19.04.2024 [16:10]
“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub
- 19.04.2024 [15:45]
Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib
- 19.04.2024 [15:35]
Bakı hava limanı yenidən “Skytrax” mükafatına layiq görülüb
- 19.04.2024 [14:58]
® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir
- 19.04.2024 [14:41]