İQTİSADİYYAT


“Bankçılıqda müdafiənin dörd istiqaməti” adlı vebinar keçirilib

Bakı, 10 iyul, AZƏRTAC

Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Bankçılıqda müdafiənin dörd istiqaməti” adlı vebinar keçirilib.

ABA-dan AZƏRTAC-a bildirilib ki, vebinarda bankda daxili audit işinin təşkilindən, auditin daha təhlükəsiz aparılmasından, həmçinin bu sahədə Türkiyə təcrübəsindən bəhs edilib.

Vebinarda “DenizBank”ın baş audit icraçısı Ramazan Işık təqdimatla çıxış edib. ABA-nın “Daxili Audit” üzrə Ekspert Qrupu üzvləri və digər üzvlərin iştirak etdiyi vebinar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.