CƏMİYYƏT
Bankda saxta pul dəyişmək istəyən şəxs polis tərəfindən saxlanılıb
Bakı, 25 dekabr, AZƏRTAC
Saxta pul dəyişmək istəyən şəxs polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində cinayət başında yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dekabrın 24-də banklardan birinin Yasamal rayonundakı filialında üç ədəd 100 manatlıq saxta əsginası dəyişmək istəyən şəxs orada xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 27-ci polis bölməsinə təhvil verilən həmin şəxsin Bakı şəhər sakini Sübhan Əhədov olduğu müəyyənləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]