MƏDƏNİYYƏT
“Bankir adaxlı” tamaşasının premyerası keçirilib
Bakı, 6 fevral, Zərəngiz Mansurova, AZƏRTAC
Fevralın 6-da Azərbaycan Dövlət Musiqili Teatrında “Gəncliyin səsi” festivalının bağlanış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasim çərçivəsində 5 nömrəli “ASAN könüllüləri”nin təqdimatında Emin Sabitoğlu və Tamara Vəliyevanın “Bankir adaxlı” tamaşasının premyerası olub. Məişət mövzusuna həsr olunmuş ikihissəli tamaşaya yeni baxış və yeni nəfəs verilib. Bildirilib ki, bu premyera kollektivin ictimaiyyətə təqdim etdiyi 20-ci tamaşasıdır.
Xatırladaq ki, tamaşanın ilk premyerası 2000-ci il mayın 12-də rejissor Faiq Zöhrabovun, sonra Xalq Artisti Afaq Bəşirqızının quruluşunda təqdim edilib.
Tamaşanın “ASAN könüllüləri”nin ifasında təqdimatı maraq doğurub. Əksəriyyəti gənclərdən ibarət kollektivin oyunu alqışlarla qarşılanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]