İQTİSADİYYAT


Banklar “Xəzərin sahilində” görüşüblər

Bakı, 25 iyul, AZƏRTAC

“Andrew's Ties”, “Ballı” və “Resm” şirkətlərinin tərəfdaşlığı ilə Azərbaycan Banklar Assosiasiyası (ABA) üzv təşkilatların əməkdaşlarının motivasiyasını yüksəltmək və fəaliyyətinin səmərəliliyini təmin etmək məqsədilə “Xəzərin sahilində” adlı tədbir keçirib.

Şirkətdən AZƏRTAC-a bildiriblər ki, ABA-ya üzv təşkilatların və onun sıx əməkdaşlıq etdiyi əlaqədar qurumların orta və yuxarı menecmentindən olan 130-a yaxın iştirakçı üçün “İş və həyat balansı” adlı təlim təşkil edilib. Tədbirdə müxtəlif müsabiqələr keçirilib, iştirakçılar arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və yeni əlaqələrin qurulması üçün imkanlar təqdim olunub. Tədbirin önəmi nəzərə alınaraq onun hər il ənənəvi qaydada keçirilməsi planlaşdırılır.

ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdir. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda, “Azericard” MMC ABA-nın üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.