CƏMİYYƏT


Banklar tərəfindən özünüməşğulluq proqramına dəstək məqsədilə 100-ə yaxın proqram iştirakçısına aktivlər təqdim edilib

Bakı, 4 iyun, AZƏRTAC

Prezident İlham Əliyevin təşəbbüsünə uyğun olaraq, banklar tərəfindən özünüməşğulluq proqramına dəstək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Banklar Assosiasiyası arasında əməkdaşlıq çərçivəsində bu proqramın iştirakçılarına aktivlərin verilməsi davam edir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, indiyədək 100-ə yaxın proqram iştirakçısına seçdikləri fəaliyyət sahəsi üzrə kiçik bizneslərini qurmaq üçün banklar tərəfindən mal və materiallar formasında aktivlər təqdim edilib.

Ümumilikdə isə əməkdaşlıq çərçivəsində respublika üzrə təlimləri uğurla başa vuran və biznes planlarını müdafiə etmiş 1000 nəfər proqram iştirakçısının banklar tərəfindən aktivlərlə təmin edilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.