İQTİSADİYYAT
Banklar və bank olmayan kredit təşkilatlarının əməkdaşları üçün vebinarlar keçirilib
Bakı, 4 may, AZƏRTAC
Azərbaycan Banklar Assosiasiyası (ABA) bank əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının daim inkişaf etdirilməsi üçün müxtəlif təlim proqramları və layihələr həyata keçirir, eyni zamanda, əhalinin maliyyə savadlılığının artırılmasına müvafiq layihələrlə daima dəstək verir.
ABA-dan AZƏRTAC-a bildirilib ki, “Bank əməkdaşları üçün maliyyə savadlılığı” mövzusunda keçirilən vebinarların məqsədi vətəndaşlarla birbaşa əlaqədə olan bank əməkdaşları arasında maliyyə savadlılığının artırılmasına dəstək olmaqdır. Azərbaycan Banklar Assosiasiyasının təşəbbüsü və Mərkəzi Bankın dəstəyi ilə banklar və bank olmayan kredit təşkilatlarının əməkdaşlarına təşkilati bacarıqlar və maliyyə savadlılığına dair vebinarlar təşkil edilib.
İştirakçılara Mərkəzi Bankın zəngin elektron resursları “Maliyyə Savadlılığı portalı” (bizimpullar.az), “Virtual təhsil platforması” (edu.e-cbar.az) və “Maliyyə məhsul və xidmətlərinin axtarış sistemi“ (infobank.az) barədə geniş məlumat verilib.