İQTİSADİYYAT


Banklar və kibertəhlükəsizlik üzrə aktual problemlər müzakirə edilib

Bakı, 6 noyabr, AZƏRTAC

“Azərbaycan Banklar Assosiasiyası”nda (ABA) banklar, IT və kibertəhlükəsizlik üzrə aktual problemlər müzakirə edilib.

ABA-dan AZƏRTAC-a bildiriblər ki, “Azərbaycan Banklar Assosiasiyası”nın “IT və IT təhlükəsizliyi üzrə” ekspert qrupunun növbəti iclası keçirilib. İclasda banklar, IT və kibertəhlükəsizlik üzrə aktual problemlər müzakirə olunub, fikir mübadiləsi aparılıb.

İclasın nəticəsi olaraq ABA tərəfindən - bank rəhbərləri ilə görüşlərdə informasiya təhlükəsizliyi məsələlərinə diqqətin artırılması, ABA risk komitəsi ilə IT komitəsi arasında “dəyirmi masa”nın keçirilməsi, növbəti görüşlərin birində bankın (ABB) yeni təhlükəsizlik tətbiqlərinin təqdimatının təşkil olunması kimi məsələlərin yerinə yetirilməsi qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.