İDMAN


Banklararası şahmat turniri keçiriləcək

Bakı, 10 may, AZƏRTAC

Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşəbbüsü və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə mayın 13-15-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən növbəti banklararası şahmat yarışı keçiriləcək.

AZƏRTAC ABA-ya istinadla xəbər verir ki, yarış Azərbaycanda şahmatın kütləviliyini artırmaq və bank sektorunda çalışanların asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə keçirilir.

Yarışda Azərbaycan ərazisində fəaliyyət göstərən bankların əməkdaşları iştirak etmək hüququna malikdirlər. Yarış "İsveçrə" sistemi üzrə 9 turdan ibarət olaraq FIDE qaydalarına əsasən şəxsi hesab üzrə keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.