İQTİSADİYYAT


Bankların cəmi kredit portfelində biznes kreditlərinin payı 56,3 faiz olub

Bakı, 26 sentyabr, AZƏRTAC

Bankların kredit portfeli avqust ayında 0,8 faiz (151,2 milyon manat) artaraq 18 milyard 638.6 milyon manat olub.

AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, bankların cəmi kredit portfelində biznes kreditlərinin payı 56,3 faiz (10 milyard 492 milyon manat) təşkil edib. Ümumilikdə, cari ilin 8 ayında bankların kredit portfeli 11,9 faiz və ya 1 milyard 979,5 milyon manat artıb. Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı 3,4 faiz təşkil edib. Qeyd olunan göstərici ilin əvvəlinə nəzərən 0,8 faiz bəndi, ötən ilin müvafiq dövrünə nəzərən isə 2,4 faiz bəndi azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.