İQTİSADİYYAT


Bankların region iqtisadiyyatının inkişafında payı müzakirə edilib

Bankların region iqtisadiyyatının inkişafında payı müzakirə edilib

Bakı, 19 oktyabr, AZƏRTAC

Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin sədri Zakir Nuriyev Türkiyə Banklar Birliyi Rəyasət Heyətinin sədri Alpaslan Çakar ilə görüşüb.

ABA-dan AZƏRTAC-a bildirilib ki, Türkiyədə keçirilən görüşdə tərəflər arasında perspektiv və bankların region iqtisadiyyatının inkişafında payı müzakirə edilib. 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbriklərini çatdıran Çakar, iki ölkənin bank sektorları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün hər cür dəstəyi verməyə hazır olduqlarını söyləyib. O, eyni zamanda, yay ayları ərzində Türkiyədə baş verən yanğın fəlakətləri nəticəsində zərər görmüş meşələrin bərpası üçün ağac tingləri bağışlayan Azərbaycan Banklar Assosiasiyasına da təşəkkür edib.

Xatırladaq ki, ABA-ya üzv təşkilatların (26 bank və 5 bank olmayan kredit təşkilatı) əməkdaşları adından Türkiyənin yanğından zərər çəkmiş meşə fondunun bərpası və yanğının fəsadlarının aradan qaldırılması məqsədilə Türkiyə Banklar Birliyi vasitəsilə Türkiyənin “Ormancılığı Geliştirme ve Orman Yangınları ile Mücadele Hizmetlerini Destekleme Vakfı”na ümumilikdə 102 min 846 ədəd ağac tingi olmaqla 122 min dollar məbləğində vəsait köçürülüb.

Zakir Nuriyev Azərbaycan Banklar Assosiasiyası və Türkiyə Banklar Birliyi arasında qarşılıqlı əməkdaşlığın uğurla davam etdiyini vurğulayıb və Alpaslan Çakarı Bakıya dəvət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.