İQTİSADİYYAT


Bankların rəhbər şəxsləri üçün seminar təşkil edilib

Bakı, 6 dekabr, AZƏRTAC

Dekabrın 6-da Mərkəzi Bankın və Azərbaycan Banklar Assosiasiyasının (ABA) birgə təşkilatçılığı ilə SWIFT təşkilatının ekspertləri tərəfindən bankların ödəniş və hesablaşmalar sahəsinə rəhbərlik edən şəxsləri üçün seminar keçirilib.

ABA-dan AZƏRTAC-a bildirilib ki, interaktiv formada keçirilmiş seminar maliyyə sistemində universal standart olan ISO 20022 standartının tətbiqi ilə bağlı məsələlərini əhatə edib.

Qeyd edək ki, “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində 2019-2020-ci illəri əhatə edən dövr ərzində Mərkəzi Bank tərəfindən icrası nəzərdə tutulmuş tədbirlərdən biri “İstifadəçidən istifadəçiyə əməliyyat proseslərini avtomatlaşdırmağa imkan verən maliyyə sisteminin universal mübadilə standartlarının (ISO20022) tətbiqi üçün tədbirlər planının hazırlanması”dır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.