Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bankların rəqəmsallaşmaya hazırlığı qiymətləndiriləcək

Bakı, 19 may, AZƏRTAC

Banklarda effektivliyi artıran rəqəmsallaşma informasiya texnologiyaları arxitekturasına zərurət yaradacaq.

AZƏRTAC xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının ödəniş sistemlərinə nəzarət departamentinin böyük analitiki İlqar Hidayətoğlu mayın 19-da Bakıda Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) təşkilatçılığı ilə “Maliyyə sektorunda informasiya texnologiyaları risklərinin idarəedilməsi” mövzusunda keçirilən “Risklərin İdarəedilməsi Forumu – 2017”də deyib.

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının Müşahidə Şurasının sədri Rüfət Mahmud mühasiblər forumunun müxtəlif sektorlarda çalışan peşəkar mühasiblərin görüşü, təcrübə mübadiləsi, həmkarları və işgüzar tərəfdaşları ilə peşəkar mövzuların müzakirəsi üçün bir platforma olduğunu bildirib. Qeyd edib ki, ARPA maliyyə sektorunda çalışan mütəxəssislərin bilik səviyyəsinin yoxlanılmasını hədəf qoyub. R.Mahmud ARPA-nın fəaliyyəti barədə ətraflı məlumat verərək forumda iştirak edən korporativ və fərdi üzvlərin fəallığını xüsusi vurğulayıb.

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ödəniş sistemlərinə nəzarət sektorunun böyük analitiki İlqar Hidayətoğlu bildirib ki, banklara IT risklər üzrə tələblər toplusu göndərilib. Tələblərə işçi stansiyalar, veb-təhlükəsizlik, xəbərdarlıq sistemi, məlumat kanallarının şifrələnməsi və s. daxildir. Digər tələblər isə yeniliklərin tətbiqi, yoxlamalar və testlərin aparılması, əməkdaşların informasiya texnologiyaları sahəsində məlumatlandırılması ilə bağlıdır.

Qeyd olunub ki, banklarda effektivliyi artıran rəqəmsallaşma informasiya texnologiyaları arxitekturasına zərurət yaradacaq. Banklarda rəqəmsallama ilə bağlı mövcud durumu araşdırmaq üçün Palatada məsul işçi qrupu yaradılacaq və bankların rəqəmsallaşmaya hazırlığı qiymətləndiriləcək. İnformasiya texnologiyaları qaydalarına dəyişikliklər həyata keçiriləcək. Banklarda rəqəmsallaşmanın sürətlənməsi dəstəklənəcək. Banklara qarşı irəli sürülən informasiya texnologiyaları tələblərinə yenidən baxılacaq.

“Hazırda əsas işlərdən biri də bank olmayan ödəniş xidməti təchizatçılarının fəaliyyətinin tənzimlənməsidir. Bu sahədə yeni qanunvericilik bazasının hazırlanması üçün işlər görülür. Beynəlxalq təcrübəyə əsaslanmaqla risklərin idarə edilməsi üzrə daxili tələblər irəli sürüləcək. Bu gün qanunvericilik bazası geniş olmasa da, ölkədə ödəniş xidməti göstərən şirkətlər var. Hədəflərdən biri bu təşkilatların fəaliyyətinin tənzimlənməsidir”, - deyə İ.Hidayətoğlu bildirib.

KPMG şirkətinin İnformasiya Risklərinin İdarəedilməsi Qrupunun baş meneceri Andrey Drozdov “Maliyyə sektorunda informasiya təhlükəsizliyi risklərinin idarə edilməsinin təşviqində tənzimləyici orqanların rolunun artırılması” mövzusunda təqdimatı zamanı Azərbaycanda informasiya texnologiyaları üzrə mütəxəssis sahəsində irəliləyişlərin olduğundan söz açıb. Natiq bu istiqamətdə mövcud beynəlxalq standartlar, Rusiya modeli üzərində həmin standartların tətbiqi, üstünlükləri haqqında danışıb, qlobal miqyasda tətbiq edilən yeniliklər haqqında ətraflı məlumat verib.

“ADA” Universitetinin informasiya texnologiyaları və mühəndislik fakültəsinin baş müəllimi Abzətdin Adamov “İrihəcmli məlumatlar və onların etibarlılığı - açıqlıq və gözləntilər” mövzusunda təqdimatında gündəlik həyatda rəqəmsal dünyada məlumat mübadiləsi və onları gözləyən təhlükələrdən bəhs edib. Natiq çıxışı zamanı qlobal şəbəkədə məlumat həcminin artıq mövcud hüdudları aşdığını və onların DVD disk formatına keçirilərsə, toplu halında Yerdən Aya qədər həcmə malik olduğunu bildirib. Hətta sosial şəbəkələrdə yerləşdirilən və pozulan məlumatların yalnız vizual olaraq silindiyini və fərdi məlumatların serverlərdə hər zaman qaldığını deyən A.Adamov sosial şəbəkələrdə uzun illərdən bəri yerləşdirdiyimiz məlumatları toplayaraq təhlil edən insanın bizi özümüzdən daha yaxşı tanımaq imkanı əldə etdiyini qeyd edib.

Çıxışlarda ARPA-nın fərdi və korporativ üzvləri sözügedən istiqamətdə qarşılaşdıqları problemlər, əldə etdikləri nailiyyətlər və mövcud modellər, eyni zamanda, ölkənin maliyyə sektorunda informasiya texnologiyaları risklərinin idarə edilməsi mövzusu geniş müzakirə olunaraq beynəlxalq standartlar və qabaqcıl təcrübə, elektron hökumət, maliyyə bazarları nöqteyi nəzərindən kibertəhlükəsizliyin hüquqi aspektləri, yoluxma xəritəsi və kibertəhlükəsizlik, maliyyə institutlarında layihələrlə bağlı texnoloji risklər və bu kimi digər məqamlara toxunulub.

Forumda “IT risklərin idarəedilməsi: beynəlxalq standartlar və qabaqcıl təcrübə”, “Azərbaycanda IT idarəetmə”, “Maliyyə bazarları nöqteyi-nəzərindən kibertəhlükəsizliyin hüquqi aspektləri”, “Yoluxma xəritəsi və kibertəhlükəsizlik”, “Azərbaycanın maliyyə təşkilatlarında informasiya texnologiyalarına dair əsas məsələlər”, “İnformasiya sistemləri”, “Şəbəkə təhlükəsizliyi”, “Mobil IT təhlükəsizlik” mövzusunda məruzələr dinlənilib.

Forumda ARPA-nın əsas tərəfdaşları - Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ilə “ADA” Universitetidir. Sponsor qismində isə “AtaBank”ASC, “Deloitte Azərbaycan” şirkəti və Beynəlxalq Maliyyə Korporasiyası çıxış edir.

Forumda Azərbaycanda fəaliyyət göstərən və ölkəmizin hüdudlarından kənarda risklərin idarə olunması, informasiya texnologiyaları, bank və maliyyə sektorlarında kifayət qədər nüfuz qazanmış 50-dən artıq dövlət və özəl qurumları, reytinq agentlikləri, qlobal auditor şirkətlərindən 100-ə yaxın nümayəndə iştirak edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi keçirilir YENİLƏNƏCƏK

Şuşada həyata keçirilən və planlaşdırılan işlər açıqlanıb

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib YENİLƏNİB

Azərbaycan-Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib ŞƏRH

Hərbi Dəniz Qüvvələri və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

® “STP Şirkətlər Qrupu” ağacəkmə aksiyası keçirib

İdarə direktoru: Azərbaycanın istehsal sahələri və ixrac potensialı bizdə maraq doğurur

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb

Məsim Məmmədov: Laçın aeroportu istifadəyə verildikdən sonra buraya turist axını çox olacaq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

ABŞ nümayəndələri “ASAN xidmət”də olub

A.İ.İsmayılovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

® “Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı

Misir Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu

Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb

IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir

Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar

Otuz ölkəni təmsil edən xarici ekspertlərin iştirakı ilə Laçında konfrans işə başlayıb

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüş keçirilib

® Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib

AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq

Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb